JAVA ☕
Write ones,run everywhere-Bir dəfə yaz,hər yerdə çalışdır.
Hissə 1.
1.Java
proqramlaşdırma dili.İşləmə prinsipi və üstünlüyü.
Java
proqramlaşdırma dilidir.1996-ci ildə demək olar ki,bütün dünyada başlıca proqram
dili olaraq öyrənilməyə başlanılıb.İşləmə prinsipinə gəldikdə isə,bizim yazdığımız
java kodlar Bytecode-a çevrilir.Bu Bytecode-lar daha sonra JRE(Java Runtime Enviroment-Java
Çalısdırma Mühiti)tərəfindən təqdim edilən JVM(Java Virtual Machine-Java
Virtual Maşını)ilə hansı sistemdə istifadə ediriksə,o sistemə uyğun hala
çevrilib çalışdırılır.Məhz bu üstünlüyünə görə java platformasında sərbəstlik əldə
edildi.Yəni yazdığımız
kod birbaşa kompüterdə deyil,kompüter üzərində qurulu olan JVM tərəfindən çalışdırılır.
Müxtəlif
eməliyyat sistemleri movcuddur:Windows,Linux,MacOS.Mühəndislər istəyirdilər
ki,java müxtəlif əməliyyat sistemlərində işləsin.Elə buna görə də hər bir əməliyyat
sistemi üçün java mühəndisləri tərəfindən yazilmiş JVM-lər mövcuddur.Opensource-kod
qaynağının açıq şəkildə olması da javanın bir başqa üstünlüyüdür.
Java
kodlarını yazmaq üçün IDE-yə(Integrated Development Enviroment) yəni mühitə ehtiyacımız var.Eclipse ve
Netbeans hərəsi bir IDE-dir.Bizim proqram inkişaf etdirmə kiti olaraq adlandırılan
SDK-ya(Software Develpoment Kit)ehtiyacımız var.Ancaq müxtəlif yaradıcı
firmalar tərəfindən inkişaf etdirilən SDK-lar da mövcuddur.İstifadə edəcəyimiz
SDK,java sözü ilə əvəz olunaraq JDK(Java Development Kit)olaraq qarşımıza çıxır.
JDK-ları
sinifləndirsək: JSE(Java Standart Edition),JEE(Java Enterprise Edition), JME(Java
Micro Edition)olmaqla üç yerə bölünür.
Comments
Post a Comment