PHP haqqında məlumat

PHP-Personal Home Page - Şəxsi Ana Səhifə mənasına gəlir.İnternet üçün yaradılmış,çox geniş istifadəli,ümumi məqsədli,HTML içərikli skriptləşdirmə dilidir.Veb həllərin yaradılmasında istifadə edilən populyar server proqramlaşdırma dilidir.İlk dəfə 1995-ci ildə Rasmus Lerdorf tərəfindən yaradılıb.2013-cü ilin yanvar ayından etibarən 244 milyondan çox veb səhifə PHP-də işləyir.PHP istifadə edilərək yaradılan sistemlər-Google,Facebook,Twitter,WordPress Blog Sistemi,İnstagram və bir çox başqa sistemlər.
Php kodları tərtibatçı (Server) tərəfindən tərtib edilir,istifadəçiyə (Client) html şəklində göstərilir.Burada php kodlarını istifadəçi görməz.Yəni siz .php uzantısı olan bir fayl yaradırsınızsa,içərisindı html,css,javascript kodları və php kodları var deməkdir.
Php Back-end (Arxa Plan)dır.Yəni sistemin görüntüsü php üçün çox da önəm daşımır.Onun əsas vəzifəsi arxa planda işləmək,hadisələri idarə etmək və nəticə çıxarmaqdır.Amma istifadəçiyə gözəl görüntü təqdim edilməzsə,siz bu səhifədən bir səmərə əldə edə bilməzsiniz.Onun üçün biz Html (Hyper Text Markup Language),Css(Cascade Style Sheet),Javascript (Hal-hazırda yerini jquery alıb) dillərdən istifadə edərək gözəl İnterface yarada bilərik.
Php koduna misal olaraq:
Php kodu yazılmadan öncə bu tag-dan istifadə edilir (Open PHP Tag).
<?php
Bu hissəyə isə echo funksiyasından istifadə edərək Salam Dünya ! yazısını yazaraq ekranda görüntünü əldə etmiş oluruq. 
echo "Hello World !";
?>Bu kod isə Php kodlarının bitdiyi mənasına gəlir.


Comments

Popular Posts