Gəl yerimizi dəyişək

php-də admin paneldə işləyən zaman html-in form elementlərindən istifadə edirik:

1.action (hərəkət)-yəni mən bu formda daxil etdiyim məlumatları hansı səhifəyə yollamalıyam ki,o səhifədə müəyyən işlər görülsün,hərəkət icra olunsun və mənim məlumatlarım birbaşa bazaya yüklənsin.O səhifənin yolunu göstərir.Bunu biz tip olaraq submit götürdüyümüz buton sayəsində edirik.Bu buton bizə kömək edir ki,bizim məlumatlar əməliyyat icra olunan səhifəyə yönəlsin.Yəni get sənə orda verilən işləri yerinə yetir.Biz submit-ə form-u hərəkətə keçirən buton da deyə bilərik. Biz bunu eyni səhifə daxilində də edə bilərik,lakin kod qarışıqlığına səbəb olmasın deyə ayrıca səhifədə əməliyyat aparmağı üstün tuturuq.Təbii ki,bu seçim məsələsidir.Kimə necə rahatdırsa,o cür də yaza bilər.
2.method-məlumatların göndərilmə qaydasına əsasən iki yolla biz bunu edə bilərik:
GET(public-açıq)/POST(private-gizli).
3.type-tip olaraq mətn(text),rəqəm(number),poçt adresi(email) formatına uyğun olaraq istədiyimizi seçə bilərik.Təbii ki,yerinə yetirdiyimiz əməliyyata uyğun olmaq şərtilə.Yəni mən əgər mətn(text) formatını seçmişəmsə mənim ora rəqəm daxil etməyə haqqım yoxdu.Daxil etsəm belə form bunu qəbul etməz.
4.name-adından da məlum olduğu kimi ad bildirir.Bizim burada name-ə verdiyimiz dəyər önəmlidir,çünki əməliyyatı yerinə yetirən səhifədə dəyərlər məhz adına görə tanınacaq.Necə ki,bizim hər birimizin öz adı var,eləcə də dəyişənə verilən dəyərin də öz adı olmalıdır.

Axtung !!!

value və placeholder - Əgər biz admin paneldən istifadə edərək bazaya yeni məlumat daxil ediriksə,o zaman dəyişən olaraq placeholder(yol göstərici-yəni mətni hara daxil edəcəyimizə göstərir)seçimi daha məqsədə uyğundur.Text box-un (mətn qutusu) içərisində kölgə şəklində yazılan yazını placeholder edir (placeholder="Adınızı buraya daxil edin." və ya placeholder="Soyadınızı buraya daxil edin." şəklində).Əgər biz artıq bazaya yazılan bir məlumat üzərində dəyişiklik etmək istəyiriksə (update əməliyyatı),məlumatları ilk öncə admin panelə çəkib gətirmək lazımdır.Admin paneldə bunların görsənməyini təmin etmək üçünsə biz mütləq placeholder-i value ilə əvəz etməliyik.Çünki value text box-un içəriyini təşkil edir.

Ad :

Soyad :

Qeyd:Nümunədə value-dən istifadə edilib.Çunki,mən bazada yazılmış olan Mickey dəyərimi dəyişib Minnie etmək istəyirəm.

Ad :

Soyad :

Tənbəl şagird Bıdı :)
Yaza bilmirəm,gözümə gün düşür)))

"Bir qalanın sirri" bədii filmindən.
Rolda ifa edir:Fərhad İsmayılov.

Comments

Popular Posts