12 Dahi

Alan Turing - O bir dahi
Apple şirkətinin loqosunu çox vaxt səhvən Türinqin şərəfinə yaradıldığı və dişlənmiş almanın onun ölümünü simvolizə etdiyi qeyd edilir.Lakin.həm loqonun dizayneri,həm də şirkət açıqlamasında.şirkətin loqosunun Türinqlə bir əlaqəsi olmadığı bildirilmişdir.Stefen Fray Stiv Cobsa müraciət edərək,bununla bağlı məlumat istədikdə,o cavab vermişdi ki,"İlahi,biz çox istərdik ki,bu belə olsun."

Ada Lovelace - ada LOVElace
İngiltərədə 1932-ci ilə qədər qadınların elmi müzkirələrə qoşulmasına icazə verilmədiyi bir dövrdə qadın olduğunu bilinməməsi məqsədilə adının baş hərflərini  “ A.A.B ”ni istifadə edərək kompüter sistemləri üzərinə elmi bir jurnalda ilk akademik nəşrini edən qabaqcıl qadın olub.

Rasmus Lerdorf - nifrət edir və SEVir
Proqramlamaya nifrət edirəm,amma problemlərə həll yolu tapmağı sevirəm-Rasmus Lerdorf.
2003-cü ildə dünyanın 100 ən yaxşı ixtiraçısından biri kimi seçilib.

James Gosling - Bi kahve ?
Başlanğıcda Oak ("palıd") adlandırılan dildən istifadə "ağıllı" ev təsərrüfatında tətbiq edilən məişət cihazları üçün nəzərdə tutulmuşdu.Daha sonra bu ad "Java" ilə əvəz olundu və server proqram təminatının yazılması üçün istifadə olunmağa başlandı.Bu proqramlama dili "Java kofe" markasının şərəfinə adlandırılıb.

Tim Berners-Lee - Üç Dabulyu
İnternetdəki səyahətiniz Dünyaya təsir edir - Tim Berners-Lee.

Larry Ellison - XEYİRXAH milyarder
" Mən oturduğum yerdə saniyədə 200 dollar qazanıramsa heçkim ac qalmamalıdır " - deyən Larry Ellison qurduğu qurum və etdiyi ianələrlə öz adından söz etdirməyi bacarıb.
Tibb dünyasından önəmli elm adamlarından ibarət bir dost qrupuna sahib olmağın,təyyarə və yaxta kimi bahalı zövqə sahib olmaqdan daha dəyərli olduğuna inanır.Ellison bu inanca anası və Oracle'ın qurucularından Bob Miner'in ölümündən sonra yönəlib.Larry artıq Molekulyar Biologiya ilə də maraqlanır.

Steve Jobs - Göydən bir APPLE düşdü
"Qəlbinizi və instinktlərinizi dinləyin.Hər gününüzü son günmüş kimi yaşayın" - Steve Jobs

Bill Gates  - Uzaqgörən Bill və Paul
"Böyük həyatın əsas hissəsi - zəhmətli əməkdir,özünü axtarış isə - öz hesabınıza qazana biləcəyiniz bir bolluqdur" - Bill Gates

Dennis Ritchie - B'dən C'yə
"Unix,təməldə olduqca sadə bir proqramdır.Lakin bu proqramı istifadə etmək üçün dahi olmaq lazımdır" - Dennis Ritchie

Bjarne Stoustrup - C'dən C++'a
Özünə aid veb saytında ondan ən çox soruşulan sual adının necə oxunması ilə bağlıdır.

Mark Zuckerberg - Xanım,tanış olmaq olar ?
Rəqib olsa da,Twitter tətbiqini istifadə edən Zuckerberg,2009-cu ildən bu yana 19 tweet atıb.

Elon Musk - " Sizcə mən dəliyəm ?! "
Google qurucularından Larry Page,Musk haqqında,"Bir gün sərvətimi bir yerə bağışlamaqdansa,Elon Musk'a buraxmağı üstün tuturam.Adam Mars'a getmək istəyir;dünyanı dəyişdirəcək"dedi.





Comments

Popular Posts