prepare() metodu.
prepare();
Hissə 5.
PDO-nun ən
vacib özəlliklərindən biri olan binding (məcburiyyət)üsulu ilə hazır etdiyimiz
sorğulara dəyişkənləri təhlükəsiz və düzgün bir şəkildə yerləşdiririk.Bunun
üçün prepare() metodundan istifadə edirik. Etibarlıdır və təhlükəsizlik
baxımından yaxşı işləyir.Bu metod
bind_param(),execute(),bindColumn(),bindValue() metodları ilə birlikdə işləyir.Özünü
iki şəkildə tanıdır( “ ? ” və “ : “).
<?php
$sorgu=$connect->prepare(“SELECT * FROM xeberler WHERE xeber_id=? ”);
?>
<?php
$sorgu=$connect->prepare(“SELECT * FROM xeberler WHERE xeber_id=:id”);
?>
Bu metod ilə
SQL sorğumuzu hazır edirik,xaricdən dəyər verəcəyimiz yerlərə “?” və ya “ : ”
yerləşdiririk.Daha sonra hazır etdiyimiz sorğuya execute metoduyla sual işarələri
olan yerlərə (?) gələcək dəyərləri göndəririk.
//Sorğunu
hazır edirik
$sorgu=$connect->prepare(‘INSERT INTO xeberler
(ad,nomre) VALUES (?,?) ’);
//Sorğunu qeyd etdiyimiz yerə gələcək dəyərləri veririk
$sorgu->execute(array(‘Test’,’6’));
Comments
Post a Comment