" Sizcə mən dəliyəm ?! "

Elon Musk və ya xəyal gücü dünyasında yaşayan bir xəyalpərəst.
Bəzi insanlar xəyal qurarlar.Sevərək etdikləri şey xəyal qurmaqdır.Qazanmaq və itirmək bu insanlar üçün önəmli deyildir.İnsanlığa pozitiv mənada qatqı verən də məhz bu insanlardır.Bir xəyalpərəst var-Elon Musk."Uğurlu" insanlar kimi uğur əldə etdiyi layihəni bərk-bərk qucaqlamaq yerinə,daim hərəkət halında və mütəmadi olaraq irəli gedən birisi.
Google qurucularından Larry Page,Musk haqqında,"Bir gün sərvətimi bir yerə bağışlamaqdansa,Elon Musk'a buraxmağı üstün tuturam.Adam Mars'a getmək istəyir;dünyanı dəyişdirəcək"dedi.
Ashlee Vance ilə yediyi yemək görüşündə "Sizcə mən dəliyəm?" deyərək təəccüblü bir sual verib.(Ashlee Vance - Elon Musk ilə 30 saatdan çox təkbətək görüş keçirərək möhtəşəm və ilhamverici həyat hekayəsini oxuculara "Elon Musk" adlı kitabla çatdıran yazar)
Musk'a görə kosmosun kəşfi insanlığın şüurunu qorumaq üçün deyilsə də,genişləndirmək üçün əhəmiyyətli bir addımdır.Onun deyişiylə çox planetli həyat insan irqinin həyatda qalmasını təhdid edən şeylərə qarşı bir tədbir ola bilər,"Bir asteroid  və ya böyük bir vulkan bizi məhv edə bilər,ayrıca dinozavrların heç görmədiyi risklərlə qarşı-qarşıyayıq:mühəndislik məhsulu bir virus,səhvən yaradılmış bir mikro qara dəlik,qlobal istiləşmə və ya sonumuzu gətirəcək hələ tapılmamış texnologiya.İnsan irqi milyonlarla ildir ki,inkişaf edir,lakin son 60 ildə atom silahlar özümüzü istehlak üçün bir potensial meydana gətirdi.Gec və ya tez həyatı mavi-yaşıl topun kənarına genişləndirmək məcburiyyətində qalacağıq-ya da soyumuz tükənəcək."Musk'ın məqsədi insanlı kosmos uçuşlarının xərcini onda birə endirməkdir.
İstifadə etmədiyin zamanlarda maşınından pul qazana biləcəyin bir sistem-Sürücüsüz maşın texnologiyasının inkişaf etməsiylə birgə maşınınız siz istifadə etmədiyiniz zamanlarda başqalarına da xidmət göstərə bilər.Taksi kimi.Buna icazə vermək üçün isə mobil telefonunuzdakı Tesla tətbiqindən bir düyməyə basmaq yetərli olacaqdır.Beləcə maşınınız boşda qalmaq yerinə sizə pul qazandıracaq.Bu hədəfin reallaşması vəziyyətində maşın sahibliyi anlayışı da çox fərqli bir nöqtəyə daşınmış olacaq.
Dünyanın ən önəmli iş dünyası jurnalı olan Forbes,2011-ci ildə Musk'ı "ABŞ'ın 40 yaş və altında ən güclü 20 SEO'su"arasında göstərdi.
Dünyaca fantastik film olan "Dəmir Adam"ın (Iron Man) rejissoru Jon Favrean,verdiyi müsahibədə filmin baş qəhrəmanı Tony Strak'ın xarakterinin yaradılmasında Elon Musk'dan ilham aldığını açıqlayıb.Daha sonra bu filmin 2-ci sezonunda SpaceX şirkəti məkan olaraq istifadə edilib.
Musk,uşaqlıqda gündə 5 saatını kitab oxumağa ayırdığını deyib.Bunda anası Maye Musk'ın böyük payı olduğunu da qeyd edib.
Musk'ın ilk uşağı Nevada Alexander 10 həftəliyində vəfat edib.Daha sonra Musk'ın əkiz və üçəm olmaq üzərə 5 oğlu olub.
"Əgər sizin üçün önəmli bir şeylər varsa və əlinizdəki verilənlər bunu etməyinizi təklif edirsə siz yenə də etməyə davam edin."


Comments

Popular Posts