Hello Guys ❤

İT sahəsində öz sözünü demiş və adını tarixə yazmağı bacaran dahi şəxsiyyətlər,alim və mühəndislər var.Proqramlama dilini öyrənməyə başlayanda ağıla gələn ilk sual bu dilin yaradıcısının kim olmasıdır.Java deyəndə Games Gosling.PHP deyəndə Rasmus Lerdorf haqda qısa da olsa məlumat əldə etmək istəyirik.Və ya tarixdə heç qadın proqramçı olubmu? sualı,hal-hazırda içərisində axtarış etdiyimiz internetin təməlini qoyan şəxsin kimliyi haqda məlumat maraqlı gəlir.
Əslində məlumat bolluğu var.Biz istədiyimiz alim haqda istər vikipediya-ya müraciət edərək və ya müxtəlif məqalələr oxuyaraq məlumat əldə edirik.Lakin insanların zamanı çox azdır.Hər kəs uzun-uzadı  yazılan məlumatları oxumaq istəməz və bu ona həm sıxıcı,həm də darıxdırıcı gələ bilər.
Sehrli kəliməni deyirəm-İnfoqrafika.Bilməyənlər üçün qeyd edim ki,bu informasiyanı qrafik şəkildə təsvir edən bir məlumat tipidir.Beyin əldə etdiyi informasiyanın 90%-ni vizual olaraq qəbul edir.Ona görə də gördüyümüz görüntüdən əldə etdiyimiz məlumat bizim üçün əhəmiyyətlidir.
Təxmini sayı 10-a yaxın olan alim və dahi haqda infoqrafika hazır edərək Sizlərə təqdim etmək istəyirəm.Genişləndirərək müxtəlif proqramlama dilləri haqda da infoqrafika hazır etmək olar,üstəlik öz ana dilimizdə.
İlkin olaraq tək-tək hazır ediləcək,daha sonra ümumi şəkildə bloq və facebook səhifəsində daha ətraflı nəzər yetirə biləcəksiniz.İzləməyə davam edin.Əminəm ki,Sizlər üçün maraqlı və faydalı olacaq.
Facebook adress : 



Comments

Popular Posts